Ələt-Astara yolunda mikroavtobusla minik maşını toqquşdu, 9 nəfər yaralandı – VİDEO – YENİLƏNİB

22:46

25 Aprel

lady gaga

Salyan rayonunda “QAZel” markalı mikroavtobusla “Mercedes markalı avtomobilin toqquşması nəticəsində xəsarət alan 9 nəfərin kimliyi məlum olub.

 

Primetime.az “Report”a istinadən xəbər verir ki, bunlar Salyan rayon sakinləri – 1999-cu il təvəllüdlü Kərimov Bilal Nazir oğlu, 1962-ci il təvəllüdlü Əmənova Əzizə Əmir qızı, 1978-ci il təvəllüdlü İsmayılov Zaur Adil oğlu, 1979-cu il təvəllüdlü Muradov Elməddin Yuris oğlu, Cəlilabad Rayon sakinləri – 1981-ci il təvəllüdlü Hüseynov Əzizağa Məmmədağa oğlu, 1952-ci il təvəllüdlü Soltanov Məmmədqulu Hatəm oğlu, Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Əliyeva Şəfa Famil qızı və Masallı rayon sakini, 1965-ci il təvəllüdlü Zeynalova Xumraz Feyruz qızıdır.

 

Onlardan 5-i Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, 4-ü isə müayinə olunduqdan sonra ambulator müalicəyə buraxılıb.

 

*** 19:56

 

Salyan rayonunun Noxudlu kəndi ərazisində – Ələt-Astara magistralı ilə Şirvan-Salyan yolunun kəsişməsində “Ford” markalı mikroavtobusla “Mersedes” markalı minik maşını toqquşub.

 

Primetime.az ONA-ya istinadən xəbər verir ki, nəticədə 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 3 nəfərə yerində yardım göstərilib, 4 nəfər isə Salyan rayon xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

 

 

Sizə maraqlı ola bilər