Əlil olan anasını öldürdü, intihar etdi

15:33

16 May

lady gaga

Türkiyədə dəhşətli hadisə yaşanıb. Belə ki, Manisa bölgəsinin Kula qəsəbəsində 46 yaşlı Doğan E. adlı şəxs fiziki qüsurlu anasını öldürüb və intihar edib.

Belə ki, Şəkər xəstəliyinə görə ayaqları kəsilən 70 yaşlı Gülizar E.- nin oğlu ilə birlikdə yaşadığı deyilib. Evdən silah səsi gəldiyini eşidən qonşular dərhal polisə xəbər verib.

Hadisə yerinə gələn polis əməkdaşları evdə ana və oğlun cəsədi ilə qarşılaşıb. Aparılan araşdırmada Doğan E.- nin tüfənglə anasını vurduqdan sonra yan otağa keçərək intihar etdiyi məlum olub.

 

Sizə maraqlı ola bilər