Əməkdar artist ərindən yazdı: “Əgər sən gəlməsən, özüm yanına gələcəm”

10:35

11 Yanvar

lady gaga

Əməkdar artist Gülbahar Şükürlü ötən ilin dekabrında dünyasını dəyişən həyat yoldaşından yazıb.

 

Primetime.az xəbər verir ki, sənətçi üzüntüsünü belə dilə gətirib:

 

“Ay başımın tacı, Zahid. Axı mənə təsəllini sən verirdin, niyə belə sürpriz etdin? Niyə? Bəlkə də, məni qınayanlar olacaq, vallah özümdən asılı deyil. Ay Allah, sənə qurban olum! Bu nə ağır yol imiş, dözə bilmirəm. Allahım sənə qurban olum məni bağışla. Bu gediş nə dəhşət oldu? Sənə qurban olaram Zahid, doğrudan heç vaxt gəlməyəcəksən? Sən mənə vəfasızlıq etməmisən. Əgər sən gəlməsən, özüm yanına gələcəm. Mənim necə vəfalı olduğumu görəcəksən. Canımın içi, çox yandırdın bizi. Zahid, heç olmasa, yuxularıma gəl, yalvarıram”.

Sizə maraqlı ola bilər