Əməkdar artist baba oldu – FOTO

12:41

5 Sentyabr

lady gaga

Əməkdar artist Ayşad Məmmədov baba olub.

 

Primetime.az xəbər verir ki, onun oğlu Harunun övladı dünyaya gəlib. Bu barədə məlumatı sənətçinin oğlu verib. Yeni doğulan körpəyə Zeyd edını verən Harun atalıq hisslərindən söz açıb:

 

“Balaca kişi, Zeyd, xoş gəldin. İnanın özün uşaq ruhlu olub, qucağına uşaq götürmək necə qəribə hisslərdir… Rəbbim əməli saleh, qullarından etsin. Millətə, vətənə xeyirli övlad, kainata sülh əmin amanlıq saçanlardan olsun. Bu gün yeni bir möcüzəyə şahid olduq. Bu gözəl nemət üçün sonsuz şükürlər olsun. Hələ də qəribə gəlir, “Harun ata oldu”. Rəbbim arzusunda olan hər kəsə sağlam övlad nəsib etsin. Xanımıma da minnətdaram belə gözəl neməti qucağıma götürməyə vəsilə oldu”.

 

Qeyd edək ki, H.Məmmədov sosial şəbəkədə etdiyi dublyajlar edir.

Sizə maraqlı ola bilər