Əməkdar artist Aybəniz Haşımova media nümayəndələri ilə görüş təşkil edib

10:08

14 Mart

lady gaga

Əməktar artist Aybəniz Haşımova və İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı BMM-də Türkiyədə geniş formatda keçirilən “Xocalı həftəsi” ilə bağlı media nümayəndələri ilə görüş keçirdib.

 

Bu haqda əməktar artist Aybəniz xanım Haşımova açıqlamalar edib.

O,bildirib ki, “İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı Leyla Əliyevanın “Xocalıya Ədalət” layihəsinə qoşularaq artıq 6 ildir ki, Türkiyənin müxtəlif şəhərlərində geniş məqsədli layihələr edir. Bu ilki tədbirlərə digər tədbirlərdən fərqli olaraq musiqili kompozisiya əlavə etdik və bu addım xüsusilə rəğbət qazandı. Bu tədbir rəhbəri olduğum “Sənət akademiyasının” tələbələri ilə Türkiyədə “Xocalıya ədalət” həftəsi çərçivəsində keçirilən tədbirlərdə təqdim etdiyimiz musiqilərin hesabatı idi. Ona görə də istədik tədbirimiz Azərbaycanda da təqdim olunsun, bir növ hesabat olaraq xalqımıza bildirək. Hətda tədbirə müxtəlif ölkələrdən nazirlər, iş adamları, yüksək vəzifəli şəxslər qatılmışdı orda bizə “Xocalı haqqında eşitmişdik amma bu gün gözlərimizlə gördük”kimi ifadələr səsləndirdilər.”

 

Daha sonra əməkdar artist söyləyib ki,  Aydın Universitetinin rektoru Mustafa Aydın, Qazaxıstanda yaşayan azərbaycanlı iş adamı Yasəf Hümbət oğlu Qəmbərov və  İGİB- in sədri Fərid Şahbazlı tədbirə qatılan 6 tələbəmə böyük, yadda qalan hədiyyələr və diplomlar veriblər.

Sizə maraqlı ola bilər