Ər-arvad davasına müdaxilə edən şəxs ölümdən döndü: silahla vurmaq istədilər – VİDEO

19:34

19 Sentyabr

lady gaga

Türkiyənin İstanbul şəhərində daha bir qalmaqallı hadisə yaşanıb.

 

Yerli mətbuatın yazdığına görə, “Halkalı” adlanan ərazidə ər-arvad davasına müdaxilə edən mühafizəçi ölümdən son anda qurtulub.

 

Belə ki, şəhərcikdə mühafizəçi işləyən şəxs səs-küy gələn bir mənzilin qapısını döyüb və qapı açıldıqdan sonra əri tərəfindən döyülən qadın fürsətdən istifadə edərək qaçıb. Buna əsəbləşən ər mühafizəçiyə hücum edib və ona odlu silahla atəş açmaq istəyib. Lakin tapançada problem yaranıb və işləməyib. Bundan sonra isə sözügedən şəxs silahı buraxaraq, mühafizəçini dəyənəklə döyüb.

 

Sizə həmin görüntünü təqdim edirik:

 

 

Sizə maraqlı ola bilər