Netanyahudan Ərdoğana cavab: “Özlərinin əli minlərlə kürdün qanına batıb”

14:50

16 May

lady gaga

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Twitter” sosial media hesabından yazdığı mesaj müzakirələrə səbəb olub. Belə ki, o İsrail Baş Naziri Benyamin Netanyahuya sərt reaksiya verərək “Netanyahunun əlində fələstinlilərin qanı var və bunu Türkiyəyə təzyiq göstərərək gizlədə bilməz” mesajını paylaşıb. Prezident ikinci mesajında “Həmas terror təşkilatı deyil və fələstinlilər də terrorist deyil” sözlərini yazıb.

Baş Nazir isə şəxsi hesabından prezidentə cavab verib: “Ərdoğan Həmasın ən böyük dəstəkçilərindən biridir və şübhəsiz ki, terror və qətliamdan çox yaxşı anlayır. Özlərinin əli minlərlə kürdün qanına batıb. Ona tövsiyyəm, bizə əxlaq dərsi keçməsin”.

Sizə maraqlı ola bilər