Ərdoğanın kürəkəni Trampla görüşdü

13:38

16 Aprel

lady gaga

Türkiyənin xəzinə və maliyyə naziri və prezident Rəcəb Tayib Ərdoğanın kürəkəni Berat Albayrak “IMF-Dünya Bankı” və “G20” toplantısında iştirak etmək üçün ABŞ-a rəsmi səfər edib.

 

Primetime.az xəbər verir ki, Albayrak səfər çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşüb. Görüşdə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin, ABŞ prezidentinin mətbuat katibi və kürəkəni Cared Kuşner də iştirak edib. Bu, Ağ Evdə baş tutmuş tarixi görüşlərdən biri kimi dəyərləndirilib. Görüşdə iqtisadi əməkdaşlıq, “S -400” raket sistemləri ilə bağlı məsələlər müzakirə olunub. Qeyd olunub ki, iki ölkə arasında ticarətin miqdarı 75 milyard dollara çatıb.

 

Görüş haqqında açıqlama verən B. Albayrak “əvvəlcə dar çərçivədə iclas oldu, sonra ABŞ prezidenti ilə görüşdük Rəcəb Tayyip Ərdoğanın bəzi mesajları vardı, onları prezidentə çatdırdıq. Donald Trampdan olduqca müsbət rəylər aldıq” deyib.

 

O, həmçinin ABŞ və Türkiyə prezidentlərinin yaxın zamanlarda görüşəcəyini də qeyd edib.

 

 

Sizə maraqlı ola bilər