ƏSA Teatrı xəstəlikdən əziyyət çəkən tanınmış jurnalistə yardım edəcək

13:25

6 Dekabr

lady gaga

Əlilliyi olan aktyorlardan ibarət ölkənin ilk inklüziv ƏSA Teatrı “Adamlar və siçanlar” tamaşasına satılan bilətlərin 50%-ni illərdir mədəniyyət sahəsində xidmət göstərən, tanınmış jurnalist Ülviyyə Həsənqızının mualicəsi üçün ayıracaq.

Jurnalist Ülviyyə Həsənqızı  bir müddətdir ağır onkoloji (xərçəng) xəstəlikdən əziyyət çəkir. Anası ilə kirayədə yaşayan jurnalist yaxın vaxt ərzində ağır əməliyyat keçirəcək. Daha sonra isə gərgin müalicələri davam edəcək. Lakin əməliyyat və müalicələri həyata keçirmək üçün Ülviyyə xanımın maddi imkanı yoxdur.

ƏSA Teatrı mədəniyyət sahəsi üzrə illərdir fəaliyyət göstərən jurnalist xanıma yardım etmək qərarına gəlib. Belə ki, 19 dekabr saat 19:15-də baş tutacaq “Adamlar və siçanlar” tamaşasının satılmış biletlərindən əldə olunan gəlirin 50%-i Ülviyyə Həsənqızının müalicəsi üçün istifadə olunacaq.

Teatr növbəti tamaşa nümayişlərində maddi dəstəyə ehtiyacı olan digər şəxslərə də yardım göstərəcək.

Qeyd edək ki, tamaşa Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutacaq.

Biletlərin qiyməti 10, 15, 20, 30, 50 AZN təşkil edir.

Əlaqə: (012) 596-18-07; (055) 311-05-98; (077) 500-63-70

Sizə maraqlı ola bilər