Əzabın görüntüsü – ölən nəvəsini qucağında daşıdı – FOTO

21:30

11 Sentyabr

lady gaga

Türkiyənin Adana şəhərində üzücü olay yaşanıb. 

 

Primetime.az xəbər verir ki, 3 aylıq körpə nəfəs borusuna gedən yemək səbəbilə dünyasını dəyişib. Körpənin cansız bədənini morgdan onun babası Temur Yılmaz təhvil alıb. Qucağındakı körpəni qucaqlayaraq ağlayan babanın görüntüsü sosial şəbəkələrdə insanları göz yaşına boğub.

 

Qeyd edək ki, anası körpəni yedirdikdən sonra yatdırıb. Bir müddət sonra körpənin hərəkətsiz dayandığını və nəfəs almadığını görən ailə uşağı xəstəxanaya çatdırıblar. Bütün cəhdlərə rəğmən körpənin həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin ilkin rəyinə görə, körpə nəfəs borusuna gedən yemək səbəbilə dünyasını dəyişib.

 

Sizə maraqlı ola bilər