Burada sizin reklamınız ola bilər

Luna park niyə bu günə qaldı? – Acınacaqlı mənzərə… – VİDEO/FOTO
13 Avqust 2019 , 11:33

Luna park niyə bu günə qaldı? – Acınacaqlı mənzərə… – VİDEO/FOTO


Bakının Xətai rayonu ərazisində yerləşən “Luna Park”… Bu məkan bir vaxtlar uşaq və gənclərin ən sevimli əyləncə yeri idi.

 

Parkda insanların istirahət etməsi üçün hər bir şərait var idi. Ancaq “Luna Park” illər öncə bağlandığı üçün hər şeyin ciddi təmirə ehtiyacı var.

 

Xatırlatma üçün qeyd edək ki, bu park ilkin olaraq Nobel qardaşlarının şərəfinə “Nobel bağı”, bir müddət sonra isə “Rote fane” (almanca “qırmızı bayraq”) adlandırılıb. İkinci Dünya Müharibəsi dövründə parka dahi şair Nizami Gəncəvinin adı verilib, hətta şərəfinə heykəl də ucaldılıb. (hazırda həmin heykəl sözügedən parkda yoxdur).

 

Təxminən 2000-ci illərdə park “Luna Park” adlandırılmağa başlayıb. Lakin bir neçə ildən çoxdur ki, park fəaliyyətini tamamilə dayandırıb.

 

Qeyd edək ki, parkın adı “Nizami parkı”dır və “Ağ şəhər” layihəsinə daxil edilib. Layihənin rəsmi saytında bildirilir ki, Ağ Şəhər ərazisində Xəzər dənizindən 25 metrədək hündürlükdə yerləşən Park kvartalında inşaat işləri davam edir.

 

Hazırda ərazisi 10 ha olan parkın sahəsinin Ağ Şəhərin Baş planına uyğun olaraq genişlənməsi nəzərdə tutulub. Abadlaşdırılacaq bağa müxtəlif rahat piyada keçidləri və eyni zamanda avtoparkinq yerləri planlaşdırılıb. Aparılan tədbirlər Nizami parkının həm şəhər əhalisinin sevimli məkanına, həm də tədbirlərin keçirilməsi üçün populyar yerə çevrilməsini vəd edir.

 

Ümumilikdə Park kvartalında infrastruktur və abadlıq işlərinin il ərzində yekunlaşması gözlənilir.

 

Primetime.az-ın əməkdaşı Luna Parkda olub. Parkın son halını təqdim edirik:

 

Günay Rəsulqızı

Foto/Video: Kərim Abbasov

 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR