11 sentyabr faciəsindən 18 il ötür – FOTOLAR

11:11

11 Sentyabr

lady gaga

Bu gün 11 sentyabr 2001-ci il faciəsindən 18 il ötür.

 

Primetime.az xəbər verir ki, ABŞ-ın paytaxtı Vaşinqton ilə Nyu-Yorkda qaçırılan təyyarələrlə edilən hücum nəticəsində 2.977 nəfər həyatını itirib, 6 mindən çox insan yaralanıb. ABŞ iqtisadiyyatının uğradığı maddi zərər 120 milyard dollar olsa da, Nyu York şəhəri və infrastrukturuna dəyən zərər isə 60 milyarddan çox olub.

11 sentyabr hücumları dünyada təhlükəsizlik siyasətində və diplomatiya sahəsində bir çox dəyişikliyi özü ilə gətirdi. Bu səbəblə bir çoxları tərəfindən “dünyanın dəyişdiyi gün” olaraq təsvir olunur.

 

Xatırladaq ki, “Əl-Qaidə” tərəfindən həyata keçirilən hücumlarda 19 terrorçu eyni saatlarda uçuşa hazırlaşan 4 sərnişin təyyarəsini qaçırıb. Təyyarələrdən biri Boston-Los Anceles uçuşunu həyata keçirən “American Airlines” 11 nömrəli səfərini edirdi. Bu təyyarə qalxışdan bir müddət sonra istiqamətini Nyu Yorka çevirərək şəhərin cənubundakı Dünya Ticarət Mərkəzinin şimal binasına çırpılıb. İkinci təyyarə yenə Bostondan Los Ancelesə gedən “United Airlines”ın 175 nömrəli səfər idi. Bu təyyarə də ilk təyyarədən 17 dəqiqə sonra Dünya Ticarət Mərkəzinin cənub binasına çırpılıb. Təyyarələrin çırpılmasından sonra binalarda yanğın çıxıb və 2 saat sonra hər iki bina geridə 1.8 milyon ton dağıntı buraxaraq çöküb.

 

İkinci təyyarənin binaya çırpılmasından qısa müddət sonra açıqlama verən ABŞ prezidenti Corc V. Buş hadisəni “terror hücumu” adlandırıb.

 

Sizə maraqlı ola bilər