Burada sizin reklamınız ola bilər

Medvedyev bakılı yazıçını təbrik etdi
03 Noyabr 2019 , 19:51

Medvedyev bakılı yazıçını təbrik etdi - FOTO


Rusiyanın Baş Naziri Dmitri Medvedyev bakılı yazıçı-dramaturq Leonid Zorini 95 illik yubileyi münasibətilə təbrik edib.

 

Primetime.az Qafqazinfo-ya istinadən xəbər verir ki, təbrik teleqramı Nazirlər Kabinetinin saytında dərc olunub: “Sizin romanlarınız, povest və hekayələriniz oxucu ilə ciddi və kəskin dialoqunuzdur. Onlarda mühüm həyati əhəmiyyətli məsələlərə cavab axtarılır. Onları müdriklik və optimizm, incə yumor və qüsursuz üslub bir-birindən fərqləndirir. Siz hər zaman teatr incəsənəti həvəskarlarının səmimi marağına və alqışlarına səbəb olursunuz. Ssenariləriniz əsasında çəkilən filmlər Rusiya kinematoqrafiyasının ən yaxşı əsərləri sırasına daxildir”.

 

Qeyd edək ki, Leonid Zorin 1924-cü il noyabrın 3-də Bakıda anadan olub. O, 1946-cı ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti – red.), 1947-ci ildə isə A.M.Qorki adına Ədəbiyyat İnstitutunun qiyabi şöbəsini bitirib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR