Burada sizin reklamınız ola bilər

57 il öncə ölən məşhur aktrisanın libası yüksək qiymətə satıldı
04 Noyabr 2019 , 11:32

57 il öncə ölən məşhur aktrisanın libası yüksək qiymətə satıldı - FOTOLAR


Adı hələ də dillərdən düşməyən və 1962-ci ildə vəfat edən məşhur aktrisa Merilin Monronun unudulmaz filmlərindən biri olan "Səhnə Aşiqləri"ndə geyindiyi libas çıxarılan hərracda satılıb.

 

Primetime.az xəbər verir ki, ipək üst geyimi, uzun ətək və həsir şlyapadan ibarət olan libas Los-Ancelesdəki "Julien's Auctions"da baş tutan hərracda 280 min dollara (476 min azn) alıcı tapıb. Keçirilən hərracda Monronun "Kişilər sarışın sevər" filmində geyindiyi başqa bir libası isə 250 min dollara (425 min azn) satılıb. 

 

Bundan başqa aktrisanın satışa çıxarılan  "Dönüşü olmayan çay" filmində istifadə olunan libası ilə "Bəziləri isti sevər" filminin baş konfransından geyindiyi düşünülən kokteyl libasının dəyəri isə 175 min dollar (297,500 azn) olub.

 

Bir çox geyim yüksək qiymətə satılsa da, heç biri Monronun 1962-ci ildə ABŞ prezidenti Con F. Kennediyə "ad günü" mahnısını oxuyarkən geyindiyi libasın 2016-cı ildə 4.8 milyon dollarlıq rekordunu qıra bilməyib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR