Burada sizin reklamınız ola bilər

Eldar yeni mahnısını təqdim etdi
04 Noyabr 2019 , 13:02

Eldar yeni mahnısını təqdim etdi - VIDEO


Müğənni Eldar Qasımov “Bax, uçuram” adlı yeni mahnısını təqdim edib.

 

Primetime.az xəbər verir ki, mahnının musiqisi Ülviyyə Bəbirliyə, sözləri isə Nurlana Cəfərovaya aiddir.

 

“Mahnı mübariz, mənəvi və fiziki güclü olan kəslərdən bəhs edir. Bu nəğmə - yardım harayım, etirazım və çağırışımdı. Mən hər birimizin içində olan gücə inanıram. İnanıram ki, hər birimizin içindəki işıq yolumuzu aydınlatmalı və bizi arzularımıza aparmalıdır. Heç kəsə icazə verməməliyik ki, o işığı söndürüb, səmamızı ovucları ilə qaranlığa qərq etsin. Çünki hamımız uça bilməliyik. Qanadlarımızı səmaya açıb, yüksəklərə ucalmağı bacarmalıyıq”.

 

Qeyd edək ki, mahnı pop ballada janrında yazılıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR