Burada sizin reklamınız ola bilər


05 Noyabr 2019 , 16:35

"Məni sevən qoy, elə payızda sevsin" - VİDEO + FOTOLAR


Aparıcı-aktrisa Mələk Heydərova yeni fotosessiyasını təqdim edib.

 

Primetime.az xəbər verir ki, artıq Mələk bunu özü üçün bir ənənə halına salıb. Belə ki, son fotosessiyası yay ab-havalı olan aparıcı, bu dəfə payız fəslinə uyğun çəkiliş edib. Heydərova fəsillər arasında payızın onun üçün xüsusi bir yeri olduğunu bildirib:

 

"Payız mənim ən sevdiyim fəsildi. Payız düşündürür, payız hər şeyi yenidən düşünməyə vadar edir. Payız həm də bir az hüzündür, bir az kədərdi. Və payız sevmək üçün ən gözəl fəsildi. Payız sevginin görmədiyimiz üzüdü. Yağışlı, çiskinli, küləkli olması ilə bərabər, bəzən də gözləmədiyimiz anda gün çıxa bilər. Bəzən üşüddüyü kimi, bəzən isidə də bilər. Lap sevgi kimi. Bəlkə buna görə payıza bu qədər bağlıyam. Sevmənin ikinci adı payızdı mənim üçün. Məni sevən də qoy elə payızda sevsin, payızı sevsin".

 

Qeyd edək ki, fotoların müəllifi Nurlan Gülməmmədovdur. 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR