Burada sizin reklamınız ola bilər

İrqçilər müğənniyə hücum etdi: sənin ixtiyarın yoxdur...
05 Noyabr 2019 , 20:43

İrqçilər müğənniyə hücum etdi: sənin ixtiyarın yoxdur... - FOTOLAR


Müğənni Normaninin sosial şəbəkədə paylaşdığı fotolar müzakirələrə səbəb olub. 


Primetime.az xəbər verir ki, Normani həmkarı Şerin 1979-cu ildəki görüntüsünü yenidən canlandırıb. O, bu fotoları öz İnstaqram hesabında paylaşdıqdan sonra irqçilər tərəfindən ağır ittihamlarla qarşılaşıb. 


Belə ki, bir qrup şəxs onun Şeri canlandırmağa ixtiyarı olmadığını irəli sürüblər. Hətta bəzi izləyicilər onun bu hərəkətinin Şeri ləkələdiyini də iddia edib. 


Lakin bəzi sənətçilər Normaniyə dəstək olub. Castin Biber onun fotolarına rəy yazaraq bildirib ki, çox gözəl görünür: "Sonuna qədər dəstəyik. Siz də öz irqçi ittihamlarınızı özünüzə saxlayın". 


 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR