Burada sizin reklamınız ola bilər

Çılpaq poza verən Coli:
06 Noyabr 2019 , 14:57

Çılpaq poza verən Coli: "Başqa yerdə yaşamaq istəyirəm, Pitt icazə vermir" - FOTOLAR


Dünyaca məşhur aktrisa Ancelina Coli "Harper's Bazaar" jurnalı üçün kamera önünə keçib.

 

Primetime.az xəbər verir ki, jurnalın üz qabağı üçün fərqli pozalar verən Coli bu dəfə çılpaq olub. Solvo Sandbonun çəkdiyi fotolarla bir anda dünya mediasının mərkəzində olan Coli bədəninin son 10 ildə çox dəyişdiyini, xüsusilə 4 ildə bir çox çətinlik çəkdiyini qeyd edib. O, bədənində həm görünən, həm də görünməyən yara izlərinə sahib olduğunu bildirib. 

 

Coli müsahibə zamanı Bred Pitt haqqında da danışıb. Belə ki, Pittə görə, başqa yerə köçə bilmədiyini deyən aktrisa "uşaqlarım 18 yaşını tamamlayan kimi fərqli ölkələrdə yaşamağı yoxlamaq istəyirəm. Amma hazırda ataları harada yaşamağı seçirsə, mən də o ölkədə yaşamağa məcburam" - deyə fikir bildirib.

 

Yerli mediada çıxan bəzi xəbərlərə görə isə A. Coli jurnal üçün verdiyi çılpaq pozalardakı fotoları Bred Pittə etiraz əlaməti olaraq çəkdirib.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR