Burada sizin reklamınız ola bilər

Fədayənin həbsxanada gördüyü yuxu çin çıxdı
07 Noyabr 2019 , 13:41

Fədayənin həbsxanada gördüyü yuxu çin çıxdı - VİDEO


Müğənni Fədayə Laçın Xəzər telekanalında yayımlanan "Hər şey daxil" verilişində qonaq olub.

 

Primetime.az xəbər verir ki, bu yaxınlarda həbsdən çıxan sənətçi cəzaçəkmə müəssisəsində olarkən tez-tez gördüyü yuxulardan söz açıb. Belə ki, ifaçı hətta xalasının vəfatını da öncədən hiss edib:

 

"Təzə həbs olunanda ailəm tez-tez yuxuma girirdi. Həmişə də görürdüm nə isə olub. Anam xəstələnib, üstünə həkimlər gəlib və yaxud Əlhəmə nəsə olub. Tez xahiş edirdim ki, telefonla danışmağıma icazə versinlər. Əlaqə saxlayırdım, deyirdilər ki, hər şey yaxşıdır, salamatçılıqdır. Amma dəfələrlə nəsə olub ki, mən yuxuda görmüşəm, amma məndən gizlədiblər. Sonra İlahə mənə deyirdi ki, sən necə hiss eləmisən... Bir dəfə anam xəstələnmişdi. Vəziyyəti pisləşmişdi deyə təcili yardım çağırmışdılar. Hətta xalam da rəhmətə gedəndə mən yuxuda gördüm. Heç vaxt xalam oğlu Eldəniz mənim yuxuma gəlməzdi, amma onda onu gördüm. Dedim, Allah xeyir eləsin. Zəng elədim, məndən gizlətdilər. Sonra yanıma gələndə İlahə o biri bacılarıma dedi ki, "Niyə gizlədək, Fədayə, xalam rəhmətə gedib". Dedim, gördünüz, mən sizə dedim, Eldənizi yuxuda görmüşəm, nə xəbər var ? Yəni yuxularım çox vaxt çin olur".

 


Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR