Burada sizin reklamınız ola bilər

Azərbaycan millisinin rəqibləri müəyyənləşib
07 Noyabr 2019 , 18:16

Azərbaycan millisinin rəqibləri müəyyənləşib


2020-ci ildə keçiriləcək futzal üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin elit-raundunun və pley-offunun püşkü atılıb.

 

Primetime.az xəbər verir ki, Litvada keçiriləcək mundiala 6 vəsiqə üçün mübarizə aparacaq 16 komanda 4 qrupa bölünüb.

 

Azərbaycan millisi C qrupunda yer alıb. Yığmamız Rusiya, Slovakiya və Xorvatiya ilə qarşılaşacaq. Bu qrupun oyunları Xorvatiyada keçiriləcək.

 

A qrupu
Portuqaliya, İtaliya, Belarus, Finlandiya
 

B qrupu:
İspaniya, Serbiya, Ukrayna, Fransa

C qrupu:
Rusiya, Azərbaycan, Slovakiya, Xorvatiya

D qrupu:
Qazaxıstan, Sloveniya, Rumıniya, Çexiya.

 

Elit-raundun oyunları 2020-ci il yanvarın 27-dən fevralın 5-dək keçiriləcək. Qrup qalibləri birbaşa final mərhələsinə yüksələcək. İkinci pillənin sahibi olacaq 4 komanda pley-off-da üz-üzə gələcək.

 

Pley-offun püşkatma mərasimi də baş tutub. Azərbaycan yığması ikinci olsa, D qrupunun ikincisi ilə görüşəcək.

 

C qrupunun ikincisi – D qrupunun ikincisi
B qrupunun ikincisi – A qrupunun ikincisi

 

Pley-off oyunları aprelin 9-da və 12-də ev-səfər prinsipi ilə keçiriləcək. Qaliblər həlledici mərhələdə iştirak edəcəklər.

 

Qeyd edək ki, final mərhələsi gələn il sentyabrın 12-dən oktyabrın 4-dək Litvada təşkil olunacaq. Oyunlar “Kaunas Arena”da, “Vilnüs Arena”da və “Klaipeda Arena”da keçiriləcək.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR