Burada sizin reklamınız ola bilər

Azərbaycan klubları avrokuboklarda məhsuldarlıq rekordu vurublar
07 Noyabr 2019 , 22:50

Azərbaycan klubları avrokuboklarda məhsuldarlıq rekordu vurublar


Azərbaycan klubları avrokuboklarda bir mövsüm ərzində vurulan qol sayında yeni rekorda imza atıblar.

 

 

Primetime.az APA-ya istinadən xəbər verir ki, təmsilçilərimizin cari mövsüm vurduğu qolların sayı 39-a çatıb.

 

Bu, Avropa Liqasının qrup mərhələsinin IV turunun APOEL – “Qarabağ” matçında rəsmiləşib. Oyunda hesabı açan Maksim Medvedevin vurduğu top Azərbaycan klublarının cari mövsümdəki 39-cu qolu olub.

 

Bu da 1994-cü ildən avrokuboklarda çıxış edən ölkəmiz üçün ən yüksək göstəricidir. Əvvəlki rekord 38 qolun vurulduğu 2016/17 mövsümündə qeydə alınmışdı.

 

Cari mövsümün 39-cu qolu 22-ci qarşılaşmada vurulub. Bu toplardan 19-u “Qarabağ”, 16-sı “Neftçi”, 4-ü “Səbail”in hesabındadır.

 

Qeyd edək ki, M.Medvedev avrokuboklarda özünün ikinci qoluna imza atıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR