Burada sizin reklamınız ola bilər


07 Noyabr 2019 , 23:52

"Qarabağ" evə əliboş gəlir


Bu gün Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok oyununu keçirib. 


Primetime.az xəbər verir ki, "Qarabağ" səfərdə Kiprin APOEL komandası ilə qarşılaşıb. İlk dəqiqələrdən üstünlüyü ələ alan komandamız 10-cu dəqiqədə Maksimin qapıya yönləndirdiyi dəqiq zərbəsi ilə önə keçib: 0-1. 

 

Nikosiyada keçirilən matçın 59-cü dəqiqəsindən ev sahibləri status-kvonu bərpa ediblər. Lukas Souzanın zərbəsi dəqiq alınıb - 1:1. 

 

Matçın 88-ci dəqiqəsində ev sahibləri hesabda önə keçiblər. Bu dəfə Nkolas İoannou fərqlənib - 2:1. 

 

Qeyd edək ki, qrupun digər oyununda Lüksemburqda “Düdelanj”ın qonağı olan “Sevilya” 5:2 hesabı ilə qalib gəlib. İspaniya klubu bununla da nəinki 1/16 finala vəsiqəni, A qrupunda 1-ci yeri təmin edib.

 

Avropa Liqası
Qrup mərhələsi
IV tur, A qrupu
7 noyabr
21:55. 
APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan) - 2:1
 

Qollar: Medvedev, 10 - Lukas, 59, İoannou, 88


Baş hakim: Manuel Şuttenqruber (Avstriya)


APOEL: 27. Vid Belets, 6. Savvas Gentoqlu, 8. Lukas Souza, 9. Linus Hallenius, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 23. Joajinyo, 29. Praxitelis Vouros, 44. Nkolas İoannou (k), 90. Vujidan Saviç, 91. Draqan Mixayloviç.
 

Ehtiyat oyunçular: 99. Boy Vaterman, 7. Giorge Efrem, 11. Musa Suleyman, 30. Giorqos Merkis, 46. Statis Aloneftis, 89. Roman Bezyak, 95. Alef.
Baş məşqçi: Tomas Doll

 

"Qarabağ": 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Aylton Silva, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 8. Miçel, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov.

 

Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 21. Hacıağa Hacıyev, 23. Faysel Rerras, 30. Abbas Hüseynov, 99. Queye Maqaye. 

 

Baş məşqçi: Qurban Qurbanov.

 

Nikosiya. GSP stadionu

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR