Burada sizin reklamınız ola bilər

Röya Ayxan yeni mahnısını təqdim etdi
08 Noyabr 2019 , 16:21

Röya Ayxan yeni mahnısını təqdim etdi - VIDEO


Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Xalq artisti Röya Ayxan Əməkdar artist Ədalət Şükürovun repertuarına müraciət edib.

 

Primetime.az xəbər verir ki, sənətçi onun ifasında olan "Dedin yox" mahnısını səsləndirib. Röya sözügedən ifanın bir hissəsini İnstaqram hesabında paylaşmışdı. Mahnının "cover" versiyası sənətçinin rəsmi "YouTube" kanalında yayımlanıb. Sənətçi yeni ifasına ekran həyatı da verib. Bəstəyə kiçik dəyişiklik edilərək Tural Manaflı tərəfindən bir misra əlavə olunub. Klipin rejissorluğunu Əli Fərhad edib. Çəkilişıər Bakıda baş tutub. 

 

Qeyd edək ki, "Dedin yox"un sözləri İkram Əliyev, musiqisi isə Ədalət Şükürova məxsusdur.Şükürov sözügedən mahnını 2014-cü ildə ifa edib.

 

 

 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR