Burada sizin reklamınız ola bilər

Bakıda ŞOK oğurluq
08 Noyabr 2019 , 12:36

Bakıda ŞOK oğurluq - Bu şəxsi tanıyanlar dərhal polisə getsin /VİDEO


Bakıda gözəllik salonunda dələduzluq hadisəsi olub.

 

Primetime.az-ın məlumatına görə, hadisə dünən Həzi Aslanov metrosunun yaxınlığı, Xudu Məmmədov küçəsində qeydə alınıb. Belə ki, gözəllik salonuna yaxınlaşan şəxs işçidən 90 manat alaraq aradan çıxıb.

 

Gözəllik salonunun sahibəsinin sözlərinə görə, pulu alan şəxs həyat yoldaşını bəhanə edib və pulu onun gətirəcəyini bildirib. O, telefonla xanımı ilə danışdığını bildirir və bir neçə saç lakının qiymətini soruşur. Saç ustası o istədiyi lakının 10 manat olduğu bildirir. O, 100 manata xırda istəyir və aldıqdan sonra uzaqlaşmaq istəyir. Saç ustası pulu tələb etdikdə, həmin şəxs bildirir ki, yoldaşım indi binadan düşüb saç lakı qoyduracaq, həm də ödənişinizi edəcək.

 

Lakin ərazi daxilindəki digər obyektlərin verdiyi məlumatdan bəlli olub ki, eyni şəxs ilk dəfədir dələduzluq etmir. Belə ki, buna oxşar hadisələr bir neçə dəfə təkrar olub. İki-üç gün bundan qabaq meyvə-tərəvəz dükanına yaxınlaşan sözügedən şəxs 100 manat alaraq uzaqlaşıb.

 

Bununla bağlı artıq polisə müraciət edilib.

 

Hadisənin qeydə alındığı video görüntünü təqdim edirik.

 

Qeyd edək ki, görüntüdə işarələnən, dələduzluqda ittiham edilən şəxsdir. Bu şəxsi tanıyanların polisə müraciət etmələri bildirilir.

 

Günay Rəsulqızı

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR