Burada sizin reklamınız ola bilər

Dilarə estetik əməliyyat etdirib? -
08 Noyabr 2019 , 14:56

Dilarə estetik əməliyyat etdirib? - "Fəsada çevrilə bilər" - FOTOLAR


Müğənni Dilarə Kazımova bu günə kimi plastik əməliyyat etdirmədiyini bildirib.

 

Primetime.az xəbər verir ki, sənətçi buna səbəb olaraq isə əməliyyatdan qorxduğunu açıqlayıb:

 

"Mənə tez-tez sual verirlər: "Estetik əməliyyat keçirmisiz?" Buna yeganə cavabım budur: "Xeyr!" Səbəblərini indi sizə sadalayıram. Mən əməliyyat prosesslərinin hər birindən ehtiyat edirəm. Bunu müəyyən faktlara əsaslanıb edirəm. Mən özümü olduğum kimi sevirəm. Ancaq üzərimdə işləməyə də davam edirəm. Məqsədim, bu gün dünənkindən daha yaxşı olmaqdır. Sizə isə kiçik məsləhətim özünüzü sevin. Hər cərrahi, estetik müdaxilə bir fəsada çevrilə bilər. Sadəcə üzərinizdə çalışın. İdeal olmaq bizim öz əlimizdədir. Biz heç nədən sığortalı deyilik. İllər keçər, bəlkə mənim də estetik əməliyyata ehtiyacım olar. O zaman edərəm. Və məni narahat edən məqamdan azad olaram".

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR