Burada sizin reklamınız ola bilər

ABŞ-dan
08 Noyabr 2019 , 12:07

ABŞ-dan "Əl Qaidə" haqqında məlumat verənə 10 milyon MÜKAFAT


ABŞ Xarici İşlər Nazirliyi "Əl Qaidə" terror təşkilatının bəzi idarəçilərinin harada olduğunu tapmağa kömək edən şəxslərə ümumilikdə 10 milyon dollar mükafat verəcəyini açıqlayıb.

 

Primetime.az xəbər verir ki, təşkilatın öndə gələn adlarından olan Saad Atıf əl-Avlaki ilə İbrahim Əhməd Mahmud əl-Kusi ABŞ Xarici İşlər Nazirliyinin "Ədalət üçün mükafat" proqramına əlavə olunub. 

 

Nazirlikdən verilən yazılı açıqlamada Avlakinin təşkilat daxilində Yəmənin Şəbvə vilayətinin əmiri adlandırıldığı və ABŞ-a qarşı hücum təşkil etmək üçün çağırışlar etdiyi, Kusinin isə Ərəbistan yarımadasındakı "Əl Qaidə" təşkilatının önəmli üzvlərindən biri olduğu ifadə olunub. Açıqlamada bundan başqa hər iki şəxs haqqında məlumat verən şəxslərə Avlaki üçün 6 milyon, Kusi üçün 4 milyon dollar mükafat veriləcəyi yer alıb.

 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR