Burada sizin reklamınız ola bilər

DƏHŞƏTLİ QƏTL! Arvadı ilə qızını öldürüb intihar etdi
08 Noyabr 2019 , 12:26

DƏHŞƏTLİ QƏTL! Arvadı ilə qızını öldürüb intihar etdi - FOTOLAR


ABŞ-da qandonduran hadisə qeydə alınıb.

 

Primetime.az xəbər verir ki, Manhetten bölgəsində yaşayan 46 yaşlı Conatan Tedla adlı şəxs əvvəlcə 42 yaşlı həyat yoldaşı Cennifer Şlextin başını kəsib, daha sonra isə 5 yaşlı qızı Abayneş Şlext Tedlanı qətlə yetirərək intihar edib.

 

Hadisə yerinə gələn Nyu York polisi ailənin 3 üzvünün cansız bədənlərini fərqli yerlərdə tapıb. Belə ki, Conathanın meyiti yataq otağında, başı kəsilmiş olan Cennifer tualetdə, Abayneş isə ikinci yataq otağında olub. Verilən məlumata görə, Conathan ailəsini öldürdükdən sonra özünü asıb.

 

Bu barədə danışan Cenniferin 74 yaşlı atası Kennet "Evlilikləri yaxşı deyildi. Bir-birilərindən uzaqlaşırdılar və Conathan əgər Cennifer boşanmaq istəsə, bütün ailəni öldürəcəyini deyirdi. Onlar əslində xoşbəxt idilər. Lakin Abayneş dünyaya gəldikdən sonra Conatan dəyişməyə başladı. Qızımı döyürdü və Cennifer məhkəmədən qorunma tələb etdi. Buna rəğmən Abayneş atasız böyüməsin deyə evlərini ayırmadılar" - deyə qeyd edib.

 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR