Burada sizin reklamınız ola bilər

Finlandiyada nadir təbiət hadisəsi baş verib
08 Noyabr 2019 , 13:18

Finlandiyada nadir təbiət hadisəsi baş verib


Finlandiyada maraqlı təbiət hadisəsi baş verib.

 

Primetime.az xəbər verir ki, həyat yoldaşı ilə Marjaniemi çimərliyinə gedən fotoqraf Risto Mattila bütün sahilin yumurta ölçüsündə buz kürələri ilə örtülü olduğunu görüb. Bu qeyri-adi görüntünü sosial şəbəkə hesabında paylaşan Mattila "bəzi kürələrin ölçüsü futbol topu boyda idi. Görüntü inanılmaz idi. Ömrümdə ilk dəfə idi belə bir şey görürdüm" - deyə qeyd edib.

 

Finlandiya Meteorologiya institutunun buz mütəxəssisi Coni Vainio belə bir hadisənin baş verməsi üçün hava temperaturunun sıfırın bir altında, suyun donma dərəcəsində, qumlu çimərliyin nisbətən uyğun və dalğaların daha qabarıq olması lazım olduğunu bildirib. Onun sözlərinə görə, belə nadir hadisə ildə sadəcə bir dəfə baş verir.

 

 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR