Burada sizin reklamınız ola bilər

Küçədə boğazı kəsilən qadın sağdır
08 Noyabr 2019 , 19:51

Küçədə boğazı kəsilən qadın sağdır - Təfərrüatlar


Bu gün sosial şəbəkələrdə Azərbaycanda 8-ci sinif şagirdi olan qızın hamilə qaldığı üçün boğazının kəsilərək öldürülməsi haqda video yayılıb. 

 

Primetime.az Qafqazinfo-ya istinadən xəbər verir ki, boğazı kəsilən 8-ci sinif şagirdi yox, 1977-ci il təvəllüdlü M.Natavandır.


Hadisə Gəncənin Boyan küçəsində baş verib. Belə ki, oktyabrın əvvəllərində 4 uşaq anası olan Natavan küçədə sevgilisi Məhərrəm Sirati tərəfindən bıçaqlanıb. O, qadına yaxınlaşaraq arxadan bir neçə bıçaq zərbəsi vurub.  

 

Həmin gün xəstəxanaya çatdırılan qadının vəziyyəti orta-ağır olsa da, həkimlər onun həyatını xilas edib.

***

 

Sosial şəbəkələrdə Bakı şəhərində azyaşlının qətlə yetirilməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

 

Bu barədə Primetime.az-a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.

 

"Nə dünən, nə də bu gün belə bir faktla bağlı polis orqanlarına məlumat daxil olmayıb", - deyə məlumatda qeyd olunub.

 

Qeyd edək ki, sosial şəbəkələrdə dəhşətli video yayılıb. İlkin məlumata görə, bölgələrimizdən birində 8-ci sinif şagirdi hamilə qaldığı üçün atası Rusiyadan onun qətlinə göstəriş verib. Qızın əmisi də onun başını kəsib. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR