Burada sizin reklamınız ola bilər

Maykl Ceksonun corabları satışda, Bond afişası isə rekord qırdı
08 Noyabr 2019 , 14:46

Maykl Ceksonun corabları satışda, Bond afişası isə rekord qırdı - FOTOLAR


Popun kralı sayılan Maykl Ceksonun 1983-cü ildə bir konsertdə etdiyi "moonwalk" (ay yürüşü) rəqsində geyindiyi corablar satışa çıxırılır.

 

Primetime.az xəbər verir ki, 12-13 noyabr tarixlərində baş tutacaq olan hərracda corabların 1 milyon dollara satılacağı təxmin edilir. 

 

Bir başqa hərracda isə "James Bond" filminin 1981-ci ildə təqdim edilən "For Your Eyes Only" filminin afişası 200 sterlinqə (435 azn) satılıb. Qeyd edək ki, "007 James Bond"un indiyədək 24 filmi nümayiş olunub. Dünyanın ən böyük Bond filmləri kolleksiyası isə 500 afişa ilə bir Bond heyranına aid idi. Sözügedən kolleksiya İngiltərədə çıxarılan hərracda 227.500 sterlinqə (495,517 azn) alıcı tapmışdı.

 

 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR