Burada sizin reklamınız ola bilər

Hindistanda gənc cütlük daşlanaraq öldürüldü: Səbəbi isə...
08 Noyabr 2019 , 16:11

Hindistanda gənc cütlük daşlanaraq öldürüldü: Səbəbi isə...


Hindistanda dəhşətli hadisə qeydə alınıb.

 

Primetime.az xəbər verir ki, Karnataka əyalətində iki uşaq sahibi olan cütlük kasta sistemindən (insanların hüquq və vəzifələrinə görə təbəqələrə bölünməsi) kənar evlndiyi üçün qohumları tərəfindən daşlanaraq öldürülüb. Verilən məlumata görə, 3 il öncə qaçaraq ailə quran 29 yaşlı Rameş və Gangava adlı cütlük ailələrini ziyarət etmək üçün kəndə qayıdıb. Lakin cütlük qadının qardaşı, əmisi və bəzi yaxın qohumları tərəfində daşlanaraq öldürülüb. 

 

Törədilən cinayətlə bağlı 1 nəfərin saxlanıldığı bildirilib. Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, Hindistanda kasta sistemindən kənar evlənən çox sayda cütlük cinayətə qurban gedir. Bu sistem 1975-ci ildə ləğv olunsa da, hələ də bəzi bölgələrdə tətbiq edilir.

 

 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR