Burada sizin reklamınız ola bilər

Avropada oğurluq lüks avtomobil satan qruplaşma saxlanıldı
08 Noyabr 2019 , 17:22

Avropada oğurluq lüks avtomobil satan qruplaşma saxlanıldı


Avropa Birliyi Polis Təşkilatı (EUROPOL) Avropa miqyasında oğurluq lüks avtomobilləri saxta sənıdlı Polşada satan qruplaşmanı saxlayıb.

 

Primetime.az xəbər verir ki, EUROPOL-dan verilən yazılı açıqlamada yanvar ayında Polşa polisi tərəfindən İsveçdən gətirildiyi məlum olan oğurluq bir avtomobilin ələ keçirilməsi ilə başlayan əməliyyat çərçivəsində Avropada bir çox ölkədə lüks avtomobil oğurluğu ilə məşğul olan 9 nəfərin həbs olunduğu bildirilib. 

.

Əməliyyat zamanı satışdan əldə edilən 280 min avro və oğurluq qeydi olan 5 sənəd ələ keçirilib. İstintaqın genişlənməsi ilə daha çox avtomobilin və pulun aşkar edilməsi ehtimal edilir.

 

Faktla bağlı araşdırma davam edir.



 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR