Burada sizin reklamınız ola bilər

Heydər Əliyev Fondu uşaq evləri və internat məktəbləri üçün tədbir keçirib
08 Noyabr 2019 , 17:40

Heydər Əliyev Fondu uşaq evləri və internat məktəbləri üçün tədbir keçirib - FOTOLAR


Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xətai rayonundakı idman-əyləncə park kompleksi ərazisində uşaqlar üçün növbəti tədbir keçirilib.

 

Heydər Əliyev Fondundan Primetime.az-a verilən məlumata görə, 9 noyabr-Dövlət Bayrağı Günü ərəfəsində təşkil olunan tədbirdə Bakının müxtəlif uşaq evləri və internat məktəblərinin sakinləri iştirak edib.

 

Uşaq və yeniyetmələr Azərbaycan bayrağına olan sevgilərini nümayiş etdirərək rəngli təbaşirlərlə «Mənim sevimli bayrağım» mövzusunda müxtəlif rəsmlər çəkiblər.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR