Burada sizin reklamınız ola bilər

Azərbaycan samboçusu dünya çempionatında bürünc medal qazanıb
08 Noyabr 2019 , 18:30

Azərbaycan samboçusu dünya çempionatında bürünc medal qazanıb


Cənubi Koreyanın Cxoncu şəhərində sambo üzrə dünya çempionatı start götürüb.

 

Primetime.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan təmsilçisi Emil Həsənov da medal qazana bilib. 68 kq çəki dərəcəsində mübarizə aparan idmançı bürünc medala sahib olub.

 

Qeyd edək ki, sambo qeyri-olimpiya idman növü olsa da, 2018-ci ildə Beynəlxalq Olimpiya Komitəsi (IOC) tərəfindən müvəqqəti tanınıb. Cənubi Koreyadakı mundiala noyabrın 10-da yekun vurulacaq. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR