Burada sizin reklamınız ola bilər

Gürcüstanda xüsusi əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb
08 Noyabr 2019 , 18:59

Gürcüstanda xüsusi əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb


Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Poti şəhərində xüsusi əməliyyat keçiriblər.

 

Primetime.az Report-a istinadən xəbər verir ki, əməliyyat zamanı dələduzluq yolu ilə xüsusilə böyük həcmdə əmlakın mənimsənilməsində şübhəli bilinən Poti Şəhər Şurasının sədri və daha dörd şəxs saxlanılıb.

 

Saxlanılan şəxslərin üçü vəzifəli şəxs, digəri isə Potinin keçmiş meridir.

 

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsləri 11 ildən 15 ilədək həbs cəzası gözləyir. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR