Burada sizin reklamınız ola bilər

Qidalanma barədə hər şey düşündüyünüz kimi olmaya bilər
08 Noyabr 2019 , 19:59

Qidalanma barədə hər şey düşündüyünüz kimi olmaya bilər


Yemək yemək hər birimizin təbii ehtiyacı olmaqla yanaşı, həm də zövq alaraq etdiyimiz hərəkətdir. 


Primetime.az xəbər verir ki, uzun illər boyunca yeməklərin orqanizmamıza necə təsir etdiyi barədə məqalələr oxuyur və qulaqdandolma məlumatlarla menyumuza yön veririk. Lakin uzun müddətdir ki, doğru bildiyiniz yanlışları bu yazımızda düzəldə bilərsiniz: 


Yumurta yemək xolestrini artırır


Xolestrini yüksək olan şəxslər yumurtanı menyudan çıxartmaq məcburiyyətində qalıblar. Lakin son dövrlərdə aparılan araşdırmalarda məlum olub ki, gündəlik 300 mg səviyyəsini keçmədikcə yumurtanın xolestrinə heç bir təsiri ola bilməz. Yumurta xolestrini ilə qan xolestrini ayrıdır. Buna görə də gündə 1 ədəd yumurta yemək sizin üçün təhlükəli sayılmır. 


Səhər acqarnına sirkə və ya limonlu su içmək arıqladır. 

 

Bu, tamamilə əfsanədir. Bu qarışımın çəki atmağınıza kömək etdiyi barədə heç bir elmi əsas yoxdur. İmmuniteti gücləndirə bilər, lakin arıqlamağınıza heç bir təsir olmaz. 


Axşam yemək kökəldir. 


Axşam yemək yemək tamamilə insanın yaşam tərziylə əlaqəlidir. Bir insan gecə 4-də yatırsa, saat 6-dan sonra yemək yeməsi onu kökəltməz. Əsas məsələ, 18:00-dan sonra yeməmək deyil. Yatmazdan öncə 3-4 saat ərzində bir şey yeməmək, mədəni istirahət etdirmək və bol miqdarda su içmək lazımdır. 


Kalorisi az olan məhsullar arıqladır. 


Arıqlamaq üçün istifadə etdiyimiz yağsız süd və süd məhsulları, şəkər əvəzedicilər və s. sizi arıqlatmaq əvəzinə kökəldə bilər. Çünki onlar normal qidalara nəzərən yağı və şəkəri azaldılmış, kalorisi az olan qida deməkdir. Lakin kalorisiz deyil. Buna görə də bu cür qidaları həddindən artıq istifadə etmək sizi kökəldə bilər. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR