Burada sizin reklamınız ola bilər

O videonu yayan şəxs saxlanıldı
08 Noyabr 2019 , 20:04

O videonu yayan şəxs saxlanıldı


Xəbər verdiyimiz kimi, bu gün bəzi KİV vasitələrində və sosial şəbəkələrdə guya 8-ci sinif şagirdinin atasının sifarişi ilə əmisi tərəfindən qətlə yetirildiyini əks etdirən videogörüntülər yayılıb.


Primetime.az xəbər verir ki, DİN və Baş Prokurorluqdan  verilən məlumata görə, ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət etməklə cəmiyyətdə geniş ajiotaja səbəb olmuş həmin videogörüntünü sosial şəbəkələr vasitəsilə yayılmasını həyata keçirmiş şəxsin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Şəmkir rayonunun Seyfəli kənd sakini, 21 yaşlı Musa Məmmədov şübhəli şəxs qismində saxlanılmış və barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR