Burada sizin reklamınız ola bilər

Ağdaşda Bayraq Yürüşü keçirildi
09 Noyabr 2019 , 19:42

Ağdaşda Bayraq Yürüşü keçirildi - FOTOLAR


Noyabrın 8-də saat 11:00-dan başlayaraq şəhərin Azadlıq meydanından Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə Dövlət Bayrağı meydanına doğru izdihamlı  “Bayraq Yürüşü” keçirilib.

 

Primetime.az xəbər verir ki, yürüşdə rayonun fəal yeniyetmə və gəncləri, təhsil müəssisələrinin yuxarı sinif şagirdləri, müəllimlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediriblər. Bayraqdarlar tərəfindən Azərbaycanın Dövlət Bayrağı ön sırada olmaqla,  hər bir iştirakçının əlində kiçik bayraqlar, eyni zamanda  bayrağın rənglərini özündə əks etdirən şarlar aparılırıb.

 

İştirakçılar tərəfindən şəhərin Heydər Əliyev prospekti boyunca vətənpərvərlik şüarları səsləndirilib.
Yürüş iştirakçıları Dövlət Bayrağı meydanına daxil olduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə vətənpərvərlik ruhunda musiqi nümunələri səsləndirilib.

 

Qeyd edək ki, yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanması istiqamətində tədbirlərin  kütləviliyinin daha da artırılmasını təmin etməkdən ibarətdir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR