Burada sizin reklamınız ola bilər

Azərbaycanın daha bir paralimpiyaçısı Tokio-2020-yə vəsiqə qazandı
09 Noyabr 2019 , 20:02

Azərbaycanın daha bir paralimpiyaçısı Tokio-2020-yə vəsiqə qazandı


Azərbaycan Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına 6-cı lisenziya qazanıb.

 

Primetime.az APA-ya istinadən xəbər verir ki, bu uğura paraatlet Samir Nəbiyev nail olub.

O, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatının F57 kateqoriyasında nüvəitələmə yarışında 14.06 m nəticə göstərərək, dördüncü yeri tutub. Bu nəticə həmyerlimizə Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına lisenziya verib.

 

Mundual noyabrın 15-də bitəcək.

 

Qeyd edək ki, S. Nəbiyevdən öncə Kamil Əliyev (paraatlet), Kamran Zeynalov, Yelena Taranova (hər ikisi paraatıcı), Elşən Hüseynov (parapauerliftinq) və Roman Saley (paraüzgüçü) də Tokio-2020-yə lisenziyaya yiyələniblər.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR