Burada sizin reklamınız ola bilər

Ağır atletika üzrə Kubokda ilk yarış gününün son qalibləri müəyyənləşdi
09 Noyabr 2019 , 20:54

Ağır atletika üzrə Kubokda ilk yarış gününün son qalibləri müəyyənləşdi - FOTO


9-10 noyabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kubokunda ilk yarış gününə yekun vurulub.

 

Primetime.az Ağır Atletika Federasiyasına istiinadən xəbər verir ki, körpücük üzərinə son olaraq çəkisi 67 və 73 kq-a qədər olan atletlər çıxıblar. Çəkisi 67 kq-a qədər olan atletlər mübarizə maraqlı alınıb. Toplam 260 kq (118+142) nəticə göstərən Elməddin Hüseynov kubokun qalibi adına layiq görülüb. Onun ən yaxın izləyicisi Ömər Cavadov toplam 252 kq (117+135) nəticə ilə gümüş medala, toplam 243 kq (108+135) nəticə ilə isə Fuad Həsənov bürünc medala sahib çıxıb.

73 kq çəki dərəcəsində isə toplam 283 kq (122+161) nəticə göstərən Elşad Şərifov Azərbaycan Kubokunun sahibi adını qazanıb. Gümüş medalı yetərincə yaxşı nəticə – 273 kq (120+153) göstərən gənc Rüstəm Qasımov əldə edib. Bürünc medal isə toplam 272 kq (124+148) nəticə göstərən Paşa İbrahimliyə qismət olub.

 

Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayır. Azərbaycan Kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.

 

67 kq

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Hüseynov Elməddin 2001 Şamaxı Zirvə-Aviator 67.0 118 142 260
2. Cavadov Ömər 2002 Xırdalan Zirvə-Aviator 66.5 117 135 252
3. Həsənov Fuad 2003 Lənkəran UGİM-Aviator 65.1 108 135 243
4. Sahibov Sənan 2004 Qobustan Zirvə 65.1 91 120 211
5. Nəbiyev Kamil 2003 Bakı Spartak 66.2 95 115 210

73 kq

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Şərifov Elşad 1997 Şamaxı Zirvə 73.0 122 161 283
2. Qasimov Rüstəm 2002 Lənkəran Təhsil-Aviator 69.2 120 153 273
3. Paşa İbrahimli 1995 Lənkəran Zirvə-Aviator 70.2 124 148 272
4. Əskərzadə Samir 2002 Neftçala Zirvə 72.8 120 145 265
5. Əliyev Murad 2003 Sumqayıt Zirvə-Aviator 68.9 119 136 255
6. Şərifov Elşən 1996 Şamaxı Zirvə 72.3 111 135 246
7. Muxtarlı Novruz 2002 Sumqayıt Təhsil 69.0 100 120 220
8. Babayev Səxavət 1997 Şamaxı Zirvə 73.1 90 115 205

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR