Burada sizin reklamınız ola bilər

Təhsil Nazirliyinə 2 milyon manat ayrıldı
21 Noyabr 2019 , 16:20

Təhsil Nazirliyinə 2 milyon manat ayrıldı - SƏRƏNCAM


Prezident İlham Əliyev Sumqayıt şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

 

Primetime.az-ın xəbərinə görə, sərəncama əsasən, Sumqayıt şəhərində 1 nömrəli şəhər tam orta məktəbi üçün 1800 şagird yerlik yeni binanın tikintisi məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

 

Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR