Burada sizin reklamınız ola bilər

Sumqayıt şəhərində yeni “ASAN xidmət” mərkəzi tikiləcək
21 Noyabr 2019 , 16:24

Sumqayıt şəhərində yeni “ASAN xidmət” mərkəzi tikiləcək - SƏRƏNCAM


Prezident İlham Əliyev Sumqayıt şəhərində yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

 

Primetime.az xəbər verir ki, sərəncamda qeyd edilir ki, Sumqayıt şəhərində yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılsın.

 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən “ASAN xidmət” mərkəzinin tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR