Burada sizin reklamınız ola bilər

DƏHŞƏT! Normadan artıq işləyən qadın intihar etdi
21 Noyabr 2019 , 16:35

DƏHŞƏT! Normadan artıq işləyən qadın intihar etdi - FOTOLAR


İngiltərədə dəhşətli intihar hadisəsi baş verib.

 

Primetime.az xəbər verir ki, Mançester şəhərində yaşayan Leona Qoddard adlı qadın normadan artıq işlədiyi üçün özünü asıb. 35 yaşlı qadın ötən il canına qəsd etsə də, hadisənin təfərrüatları bir neçə gün öncə məlum olub.

 

Verilən məlumata görə, xəstəxanada baş tibb bacısı işləyən Qoddard çətin və stresli keçən xəstəxana növbələri səbəbi ilə həyatına son qoyub. Ətrafında olan insanların sözlərinə görə, ailə qurmaq və yaxşı həyat yaşamaq istəyən Qoddard iş rejimi səbəbi ilə bunları edə bilməyəcəyini düşünüb və özünü öldürüb. Onun cəsədi ötən il 3 oktabr tarixində anası tərəfindən evində asılmış halda tapılıb. 

 

Qeyd edilib ki, o, intihar etmədən öncə keçirdiyi neqativ hisslər, mənəvi çöküntü və özündən nifrət etdiyi ilə bağlı məktub qoyub.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR