CHP lideri Kamal Kılıçdaroğlunun Atatürk Qızlar Yüksək Təhsil Yurdunun açılışı mərasimində çıxışı zamanı gənclərdən birinin onun sözlərinə reaksiyası marağa səbəb olub.
Primetime.az Qafqazinfo-ya istinadən xəbər verir ki, siyasətçi çıxışında hakimiyyətə gəldiyi təqdirdə gənclərə üstün veriləcəyini, onlar arasında ayrıseçkiliyə yol verilməyəcəyini bildirərək sözlərinə belə davam edib: “Yeni bir siyasətə başlayırıq. Davadan uzaq, dostluqla inşa edilmiş bir siyasətə... Yerli seçkilərdə qələbə əldə etdik. Növbə ikinci mərhələyə gəldi. Bu mərhələdə görəcəksiniz, bəy əfəndini (Prezident Rəcəb Tayyib Ərdoğan-red.) hakimiyyətdən endirəcəyik”.
Kılıçdaroğlunun Ərdoğanı nəzərində tutaraq bu sözləri dilə gətirdiyi zaman onun sağ tərəfində dayanmış tələbə qızın üz ifadəsinin şəkildən-şəkilə girməsi diqqətləri cəlb edib.