Burada sizin reklamınız ola bilər


22 Noyabr 2019 , 21:05

"Bakı Foto" müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTOLAR


Bu gün "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) "İçərişəhər" Muzey Mərkəzinin nəzdindəki “Bakı Fotoqrafiya Evi”ndə “Bakı Foto” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

 

Primetime.az APA-ya istinadən xəbər verir ki, "İçərişəhər" Muzey Mərkəzinin direktor müavini İradə Qasımova çıxış edərək "Bakı Foto" müsabiqəsinin ilk dəfə 2017-ci ildə keçirildiyini bildirib.

 

O, iyul ayında müsabiqənin ikinci dəfə elan edildiyini vurğulayıb: "Müsabiqə mobiloqrafiya – sərbəst mövzu, abstrakt fotoqrafiya, yer haqqında xatirə, ailə portreti və tarix adlı 5 müxtəlif nominasiya üzrə keçirilib. Hər bir nominasiyanın qalibi 500 AZN məbləğində pul mükafatı qazanır. Qaliblərin və finalçıların fotoşəkilləri “Bakı Fotoqrafiya Evi”ndə təşkil olunan sərgidə nümayiş olunur".

 

Sonra sərginin kuratoru Sənan Əsgərov və "Nərgiz" jurnalının məsul redaktoru çıxış edib, qaliblərə uğur arzulayıblar. Daha sonra qaliblər elan olunub. Sərbəst mövzu nominasiyasında Nəbi İdrisov, abstrakt fotoqrafiya nominasiyasında Nərgiz Əsgərova, tarix nominasiyasında Ağəli Sədrli, ailə portreti nominasiyasında İlkin Süleymanov, yer haqqında xatirə nominasiyasında isə Türkan Məmmədova qalib olub.

 

“Nərgiz” jurnalının xüsusi mükafatı isə Zamin Cəfərova təqdim olunub.

 

Mükafatların təqdimetmə mərasimindən sonra qonaqlar sərgi ilə tanış olublar.

 

Qeyd edək ki, müsabiqənin münsiflər heyəti fotoqraf Sənan Ələsgərov, “Nərgiz” jurnalının məsul redaktoru Leyla Sultanzadə və rəssam-rejissor Teymur Daimidir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR