CBC sport telekanalında yayımlanan "Foto+" verilişinin bu dəfəki qonağı “Sabah” futbol klubunun və Milli komandamızın üzvü Təmkin Xəlilzadə olub.
Primetime.az xəbər verir ki, uşaqlıqda cüdo ilə məşğul olan Təmkin Orxan Səfərovla üz-üzə gəlib.
Boş vaxtını ailəsinə həsr edən millimizin üzvü futbol meydançasında həyat yoldaşı ilə yarışıb.
Qeyd edək ki, verilişin aparıcısı və fotoların müəllifi Sadiq Quliyevdir.