Burada sizin reklamınız ola bilər

Qara Qarayevin əsərləri Fransada keçiriləcək festivalda səsləndiriləcək
28 Noyabr 2019 , 22:30

Qara Qarayevin əsərləri Fransada keçiriləcək festivalda səsləndiriləcək - FOTO


Məşhur Azərbaycan bəstəkarı Qara Qarayevin əsərləri Fransada keçiriləcək festivalda səsləndiriləcək.

 

Primetime.az "Report"a istinadən xəbər verir ki, bu ölkənin Lil şəhərində 12-14 dekabrda keçiriləcək "Transsibir" festivalında Qara Qarayevin "Yeddi gözəl" baletindən musiqilər ifa olunacaq. 

 

Gənclik mövzusuna həsr olunan festival xalqlar arasında dostluğun möhkəmlənməsinə və mədəniyyətlərin tanıdılmasına xidmət edəcək.

 

Festivalda üç orkestrin ifasında Çaykovski, Şuman, Mussorski, Bethoven, Glinka və digər tanınmış bəstəkarların əsərləri səsləndiriləcək.

 

Festival ilk dəfə 2014-cü ildə skripkaçı Vladimir Repinin təşəbbüsü ilə təşkil edilib.
 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR