Burada sizin reklamınız ola bilər

Bu ölkə
28 Noyabr 2019 , 23:00

Bu ölkə "Eurovision"dan imtina etdi


Macarıstan hec bir açıqlama vermədən rəsmi olaraq "Eurovision" yarışmasından imtina edib.

 

Primetime.az istinadən xəbər verir ki, onlar beynəlxalq musiqi yarışmasını "homoseksualların yığıncağı" adlandırıb.

 

"Əslində əsas səbəb açıqlanmayıb. Amma görünür buna səbəb yarışmadakı homoseksuallığa qarşı bir addımdır. Burada baş nazir Viktor Orban ailə münasibətlərinin möhkəmləndirilməsi, doğuşların artırılması sahəsində yeni ənənəyə başlayıb" deyə, "The Guardian" dərgisi yazıb.

 

Daha sonra isə bir neçə qurumlar "Eurovision" yarışmasından LGBTİ-ni dəstəklədiyi üçün imtina etdiklərini bildiriblər.

 

Macarıstanla yanaşı yarışmanı Çernoqoriya da tərk edib. Ukrayna və Bolqarıstan isə müsabiqəyə yenidən qayıtdığını elan edib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR