Burada sizin reklamınız ola bilər

Ölkəmizi
30 Noyabr 2019 , 11:05

Ölkəmizi "Best Model of The World 2019"da təmsil edəcək modellər bəlli oldu - FOTOLAR


"Best Model of The World - 2019"  beynəlxalq model müsabiqəsində ölkəmizi təmsil edəcək modellər bəlli olub.

 

Primetime.az xəbər verir ki, 1-7 dekabrda, Türkiyənin İstanbul şəhərində, baş tutacaq modellər arasında keçirilən  yarışda ölkəmizi Nuru Əhmədov və Nigar Həsənzadə təmsil edəcək. Bu haqda layihənin Azərbaycan üzrə milli direktoru Aqil Məmiyev məlumat verib:


"Təmsilçilərimizi təbrik edirəm. Çünki, artıq "Best Model of Azerbaijan-2019" titulu onlara aiddir. "Best Model of The World -2019 "-a qatılan modellərimiz hazırda beynəlxalq müsabiqəyə ciddi şəkildə hazırlaşır. Hətta təmsilçilərimizin portfoliları ilə tanış olan müsabiqənin dünya üzrə prezdenti Erkan Özərman da yüksək qiymətləndirib".

 



Nuru Əhmədov - Ali təhsillidir. "Mister Grand Azerbaijan-2018" milli model müsabiqəsinin qalibidir. Müsabiqənin prezdenti Erkan Özerman ötən il Nurunun portfoliosu ilə tanış olan zaman bu il ölkəmizi Nurunun təmsil etməsini qeyd etmişdir.188 sm boyu var.


Nigar Həsənzadə - "Miss Planet Azerbaijan -2018"  titulunun sahibi, eyni zamanda "Miss and Mister Planet-2019" beynelxalq gözəllik müsabiqəsinin nominantı. 173 sm  boyu var.

 


Müsabiqənin beynəlxalq və milli direktoru Aqil Məmiyev, Azərbaycan üzrə layihə direktoru isə Pərviz Əzimzadədir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR