Burada sizin reklamınız ola bilər

Azərbaycanda pul kütləsi ilin əvvəlindən 10%-ə yaxın artıb
29 Noyabr 2019 , 18:13

Azərbaycanda pul kütləsi ilin əvvəlindən 10%-ə yaxın artıb


Bu ilin noyabrın 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi 26 446,9 mln. manat təşkil edib ki, bu da əvvəlki aya nisbətən 103,7 mln. manat və ya 0,4% azdır.

 

Azərbaycan Mərkəzi Bankından (AMB) Primetime.az-a verilən məlumata görə, ilin əvvəlindən bu göstərici 2 380,7 mln. manat və ya 9,9%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 2 856,2 mln. manat və ya 12,1% artıb.

 

Cari ilin noyabrın əvvəlinə ölkədə manatla geniş pul kütləsinin həcmi 16 339,0 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 121,6 mln. manat və ya 0,7%, ilin əvvəlindən 1 695,4 mln. manat və ya 11,6%, son bir ildə isə 2 343,1 mln. manat və ya 16,7% artıb.


Qeyd edək ki, pul kütləsi ölkədə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR